Burak Yılmaz qol sayında Ronaldoya çatdı

İstanbulun "Qalatasaray" futbol klubunun forvardı Burak Yılmaz daha bir rekorda imza atıb. Siasport.az saytı xəbər verir ki, futbol üzrə UEFA Çempionlar Liqasında bu mövsüm ən çox qol vuran futbolçulardan olan B.Yılmaz dünən axşam "Şalke" ilə qarşılaşmada fərqələnərək, hesabındakı qolların sayını 7-ə çatdırıb. Bununla da türkiyəli futbolçu vurduğu qolların sayına görə "Real"ın ulduz futbolçusu Kriştiyanu Ronaldoya çatıb. Bu mövsüm Çempionla Liqasında portuqaliyalı futbolçunun aktivində də 7 qol mövcuddur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31