Kristof Daum İstanbula gəlib

İstanbulun "Fənərbaxça" futbol klubunun keçmiş baş məşqçisi olan Kristof Daum, gözlənilmədiyi halda İstanbulda peyda olub. Siasport.az saytı xəbər verir ki, təcrübəli alman futbol mütəxəssisi, dünən axşam keçirilən "Qalatasaray"-"Şalke" qarşılaşmasını tribunadan canlı izləyib. Türkiyə mətbuatı xəbər verir ki, onun Türkiyə gəlişinin məqsədi gizli saxlanılsa da, bir çoxları alman mütəxəssisin yenidən qardaş ölkədə məşqçiliyə başlaya biləcəyini qeyd edirlər. Bəzilərinə görə isə, "Fənərbaxça"nın prezidenti olan Əziz Yıldırım onu şəxsən İstanbula dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31