FİFA yeni texnologiya tətbiq edəcək
Artıq topun qapıdan keçməsini xüsusi elektrik sistemlə qeydə alınacaq
20 Fevral 2013 12:14 İdmanBeynəlxalq Futbol Federasiyası (FİFA) 2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatında topun qapıdan keçməsini qeydə alacaq xüsusi elektrik sistemi işə salmaq niyyətindədir.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ali futbol qurumunun rəhbərləri ötən il Yaponiyada keçirilən klublar arasında dünya çempionatındakı təcrübədən sonra bunu tətbiq etməyi qərara alıb. FİFA bununla bağlı müvafiq texnologiyanın hazırlanması üçün tender də elan edib. "Hawk-Eye" və "GoalRef" uğurla sınaqdan çıxarılıb.
Xatırladaq ki, 2018-ci ildə dünya çempionatı Rusiyada keçiriləcək. Hər ehtimala qarşı FİFA oyunların keçiriləcəyi stadionları müəyyən edib. Final oyunu isə Moskvanın "Lujniki" stadionunda keçiriləcək.