Kaka: ""Real"da daimi oynamaq istəyirəm"

Sportliqa.az xəbər verir ki,"Real" Madridin braziliyalı ulduz futbolçusu Rikardo Kaka komandada daimi oynamaq istədiyini söyləyib.
Bu həftə komandasının "Rayo Valekano"nu 2-0 məğlub etdiyi matçda qarşılaşmaya start heyətdə başlayan Kaka bunun daimi olması üçün əlindən gələni edəcəyini bildirib.
Özünü çox yaxşı hiss etdiyini bildirən Kaka ona verilən fürsətləri dəyərləndirəcəyini sözlərinə əlavə edib.
Qeyd edək ki, Kaka daha əvvəl komandada xoşbəxt olmadığı üçün başqa kluba keçə biləcəyini demişdi. Onun hətta "Milan"a qayıdacağı da söylənilirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31