Pedro Rodriqes: ""Barselona" Messisiz də bacarar"
19 Fevral 2013 18:43 İdman"Barselona"nın futbolçusu Pedro Rodriqes komanda yoldaşı Leonel Messi haqqında danışıb. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, argentinalı ulduz haqda xoş sözləri desə də, "Barselona"nın yalnız Messidən ibarət olmadığını deyib. "Messi yaxşı futbolçudur. Amma "Barsa" Messisiz də güclüdür. Messiyə bağlı komanda olduğumuzu düşünmürəm". Futbolçu komanda yoldaşının bu qədər çox qol vurmasını onun istəkli olması ilə əlaqələndirib: "Messi inanılmaz istəkli oyunçudur. Belə futbolçular dünyada azdır. Saysız qollar atır və dayandırıla bilmir. Belə bir futbolçu isə dünyanın ən yaxşısıdır".
Pedro, həmçinin Messinin hələ karyerasının zirvəsində olmadığını deyərək komanda yoldaşının bundan sonra da yeni rekordlar qıracağına əmin olduğunu deyib.