Məşhur klubun sahibi vəfat etdi

Cerri Bass onkoloji xəstəllikdən dünyasını dəyişib

"Los-Anceles Leykers" basketbol klubunun sahibi Cerri Bass vəfat edib. ANS PRESS-in "Hürriyyet"ə istinadən verdiyi xəbərəg örə, onkoloji xəstəlikdən əziyyət çəkən Bass keçən həftə xəstəxanaya yerləşdirilib.  Ayaqlardakı damarların tıxanması səbəbindən 2011-ci ildə əməliyyat olunan klub rəhbəri uzun zaman sağlamlığında yaranan problem üzündən mətbuata çıxa bilmirdi.  Qeyd edək ki, "Leykers"-n sahibi klubu 1979-cu ildə alıb və MBA cempionatında 10 qələbə qazanıb. O, həmçinin 1979-cu ildə xokkey komandası olan "Los-Anceles Kinqz" i alsa da, sonralar bu klubu satıb.

13 avqust 2010-cu ildə "Şöhrət" Basketbol zalına rəhbərlik edən Cerri Bassın Hollivudun ulduzlar xiyabanında ulduzu var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31