Hakan Şükür Droqba və Sneyder barədə danışdı
19 Fevral 2013 19:35 İdman"Qalatasaray"ın sabiq kapitanı olan Hakan Şükür, keçmiş komandasının yeni transferləri və sabahkı "Şalke" qarşılaşması barədə danışıb. Siasport.az saytı xəbər verir ki, hazırda Türkiyə Böyük Millət Məclisinin deputatı olan "kral" ləqəbli keçmiş ulduz futbolçu hesab edir ki, həm Uesli Şneyder, həm də Didye Droqba transferləri olduqca yerində olan tranferlərdir. D.Droqbanın "Qalatasaray"ın UEFA Çempionlar Liqasında və Türkiyə Superliqasındakı hədəfləri üçün olduqca aparıcı faktor olacağını diqqətə çatdıran H.Şükür hesab edir ki, ondan fərqli olaraq U.Sneyder hələ öz formasını bərpa etmə dövrü yaşayır. H.Şükür "Qalatasaray"ın sabah "Şalke" ilə duelinə də toxunaraq bildirib ki, alman klubunun ciddi böhran içərisində olmasına baxmayaraq, ehtiyatlı oyun sərgiləmək vacibdir. O belə hesab edir ki, alman klubu bu mövsüm Çempionlar Liqasında uduzmayan 4 klubdan biridir.