ABŞ futbolçuları Bakıya gəlir

Bu ilin may-iyun aylalında Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III "Caspian Cup" beynəlxalq turniri keçiriləcək.
Trend AFFA-nın rəsmi saytına istinadən verilən məlumata görə, turnirdə iştirakla bağlı növbəti təsdiq məktubu AFFA-ya Amerika Birləşmiş Ştatları Futbol Federasiyasından göndərilib.
Beləliklə, müvafiq yaş qrupundan ibarət ABŞ yığması III "Caspian Cup" beynəlxalq turnirində iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31