Arda Turan nişanlısının qarşısına “səd”lər çəkdi

Maneken Sinem Kobalı ilə iyunun 15-də münasibətlərini rəsmiləşdirməyi düşünən "Atletiko Madrid"li futbolçu Arda Turan nişanlısının qarşısına "səd"lər çəkib. "Olaylar"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sinem Kobalı qatıldığı televiziya proqramlarında sadəcə işi ilə əlaqədar danışacaq, toyla əlaqədar hansısa məlumatı jurnalistlərlə paylaşmayacaq, geyim seçərkən isə diqqətli olacaq.
Arda Turan sevgilisinə "mən yanında yoxamsa, gecə gəzintilərinə də çıxmaq olmaz" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31