Joze Mourinyo: "PSJ-də çalışa bilərəm"

Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo "Rayo Valyekano"ya qarşı oyundan sonra keçirilən mətbuat konfransında Fransa PSJ-sinə gedəcəyi ilə bağlı iddialara münasibət bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, 50 yaşlı baş məşqçi qeyd edib ki, onun Fransada çalışmaq ehtimalı var. "Ancaq nə zaman reallaşacağını deyə bilmərəm", - deyə Mourinyo PSJ-yə getmək şansının yüksək olduğuna işarə edib.
Qeyd edək ki, "Real"ın La Liqadakı bu mövsüm uğursuz çıxışında Mourinyo əsas günahkar hesab edilir. Portuqaliyalı mütəxəssis tənqid olunduğu bu vaxtda onun növbəti mövsümdən PSJ-də işləyəcəyi iddia edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31