Arsen Venger: "David Villa mənim xoşuma gəlir, amma o, bizlik deyil"

Milli.Az Sports-a isitinadən xəbər verir ki, "Arsenal" klubunun baş məşqçisi Arsen Venger "Barselona" klubunun hücumçusu David Villa haqda fikirlərini bildirib:
"Mən bu transferlə məşğul olmuram. Düzdü, mənim bu oyunçu xoşuma gəlir, amma bizim bundan daha vacib işlərimiz var. Məsəl üçün, biz altıcı gün "Blekbern"i udmalıyıq".
Nəzərənizə çatdıraq ki, əvvəlki məlumata görə, yanvar ayının axırında "Arsenal"ın rəhbərlərindən biri Dik Lou İspaniyaya gələrək Villanın transferi haqda söhbətlər aparmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31