"Barselona" axtardığını tapdı
15 Fevral 2013 14:25 İdman"Barselona" növbəti mövsüm heyətinə yeni qapıçı cəlb etmək fikrindədir. Qol.Az-ın İspaniyanın Marca qəzetinə istinadən yaydığı məlumata görə, artıq Kataloniya təmsilçisi axtardığı qolkiperi tapıb.
Onun Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun 20 yaşlı qapıçısı Mark Stegen olduğu iddia edilir. Qəzetin məlumatına görə, Stegenlə mövsümün sonunda müqavilə imzalanacaq.
Qeyd edək ki, "Barsa"nın hazırkı qapıçısı Viktor Valdesin cari mövsüm bitdikdən sonra komandasını tərk edəcəyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31