Ronaldunun qolu dünyaya səs saldı
15 Fevral 2013 13:47 İdmanÇempionlar Liqasının 1/8 final mərhələsində keçirilən "Real"- "Mançester Yunayted" oyununda Kriştianu Ronaldunun 30-cu dəqiqədə vurduğu qol müzakirəyə səbəb olub.
Qol.Az-ın məlumatında görə, futbolçu başla qolu vuran zaman yerdən 1.25 metr sıçrayıb. Bu zaman o, düz 2.93 metr yüksəkdə - rəqib müdafiəçi Evranın boyundan 1.14 metr yüksəklikdə olub.
Oyundan sonra "qırmızı şeytan"ların baş məşqçisi Aleks Fergüson Ronaldunun bu möhtəşəm qoluna heyran qaldığını deyib: "Mən bu qola görə Evranı tənqid etdim. Amma qolun təkrarına baxdıqda səhv etdiyimi anladım. Çünki qol vurulan zaman Ronaldunun dizi Evranın çiynində idi".
Qeyd edək ki, fevralın 13-ü oynanılan "Real"-Mançester Yunayted" görüşü 1:1 hesabı ilə sona çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31