Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək

Fevralın 19-dan 21-dək Bakı Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a verilən məlumata görə, Azərbaycan Ağır Atletika Federasiyası ilə birgə təşkilatçılıq çərçivəsində keçiriləcək yarışda Bakı şəhəri və respublikanın bütün rayonlarında fəaliyyət göstərən idman klubları və idman cəmiyyətlərinin 100-dək idmançısının iştirakı gözlənilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31