Məşhur idmançı sevgilisini güllələdi - “14 fevral” faciəsi
14 Fevral 2013 13:42 İdmanMəşhur paraolimpiyaçı sevgilisini oğru zənn edərək onu öldürüb."Qafqazinfo"nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Cənubi Afrika Respublikasından olan atlet Oskar Pistorius fevralın 14-ü sevgilisini öz evindəcə qətlə yetirib.
Polisin verdiyi məlumatda bildirilir ki, idmançı sevgilisinə bir neçə dəfə atəş açıb.
İlkin məlumata əsasən, Pistoriusa "Müqəddəs Valentin" günündə sürpriz etmək istəyən qız gecə saat dörddə idmançının evinə daxil olaraq onu oyadıb. Qorxuya düşən atlet isə dərhal silaha əl atıb.
Ölən qadının idmançının model sevgilisi Riva Stinkemp olduğu ehtimal edilir.
Hazırda paraolimpiyaçı həbs olunub və bu həftə ilk məhkəməsi olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31