Ronaldodan böyük jest
Futbolçu “Mançester Yunayted”ə vurduğu qolu bayram etmədi
14 Fevral 2013 11:14 İdmanÇempionlar Liqasının 1/8 final çərçivəsiondə "Real"la "Mançester Yunayted" klubları qarşılaşıb (1:1). ANS PRESS-in verdiyi xəbərə görə, qarşılaşmada qol vuran "Real" klubunun forvardı Kriştiano Ronaldo keçmiş klubunun qapısına vurduğu qolu bayram etməyib.
Futbolçu bunu belə izah edib: "Mən həmişə qaçmağı xoşlayıram. Vurduğum qolu bayram etməməyim isə mənə bu qədər kömək olmuş klubuma hörmətimdən irəli gəlir".
Futbolçu bildirib: "Biz onları "Old Trafford"da məğlub edə bilərik. Biz həmişə qələbə qazanmağa çalışırıq", - deyə Ronaldo əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31