“Neftçi” də qələbə qazandı

Topaz Premyer Liqasında növbəti təxirə salınmış oyun keçirilib. "Qafqazinfo" xəbər verir ki, "Neftçi" "Azal"la qarşılaşıb. "Neftçi"nin və Premyer Liqanın bombardiri Nikolas Kanales bu görüşdə dubl edib. Kanales oyunda ilk qolunu 27-ci dəqiqədə vurub. Birinci hissənin bitməsinə az qalmış Nikolas bir daha fərqlənib və hesabı 2-0-a çatdırıb. "Azal" 74-cü əqiqədə Junior Nildo ilə hesab arasindakı fəqri azalda bilib. Ancaq "Azal" bundan artığını edə bilməyib və "Neftçi" növbəti qələbəsini qazanıb. Beləliklə xallarının sayını 35-ə çatdıra flaqman 2-ci piləyyə yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31