Zinəddin Zidan: "Bekhem böyük oyunçudur"

Fransa futbolunun canlı əfsanəsi Zinəddin Zidan, Devid Bekhemin PSJ-yə transferinə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, o, bu transferin çox düzgün addım olduğunu bildirib.
37 yaşlı Bekhemın örnək futbolçu olduğunu deyən Zidan ona yalnız yaşının çoxluğunu çətinlik yarada biləcəyini deyib: "Düzü, onun indi 90 dəqiqə oynaması problemdir. Amma 20-30 dəqiqə oynayacaq gücü var. Belə adamlar futbolu böyük həvəslə oynayırlar. Bekhem böyük oyunçudur".
Qeyd edək ki ingilis futbolçusu Devid Bekhem 2003-2007-ci illər arasında "Real"ın formasını geyib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31