Milan Baroş "Qalatasaray"dan getdi

Sportliqa.az xəbər verir ki, "Qalatasaray" çexiyalı hücumçusu Milan Baroş ilə yollarını ayırdı.Mövsümün əvvəlindən bəri komandada heyətə düşə bilməyən Baroş ilə uzun müddətli danışıqlardan sonra razılıq əldə edilib və müqavilə qarşılıqlı şəkildə dayandırılıb. Məlumata görə onun öz ölkəsində "Banik Ostrava" klubu ilə müqavilə imzalayacağı gözlənilir.Qeyd edək ki, 2008-ci ildən bəri "Qalatasaray" forması geyinən Milan Baroş bu illər ərzində 93 matçda 63 qola imza atmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31