"Aeroflot Open 2013" başladı

Azərbaycanı bu turnirdə 5 şahmatçı təmsil edir

2013-cü il fevralın 12-dən Moskva şəhərində "Aeroflot Open 2013" ənənəvi beynəlxalq şahmat festivalı start götürüb. ANS PRESS-in Azərbaycan Şahmat Federasiyasına istinadən verdiyi xəbərə görə, festivalda 21 ölkədən 257 şahmatçı iştirak edir. Ölkəmizi bu turnirdə 5 şahmatçı təmsil edir. Festivalda əvvəlcə sürətli şahmatın seçmə yarışları sonra isə blits-turnir keçiriləcək.
Sürətli şahmat turnirində beynəlxalq qrossmeysterlər Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və beynəlxalq ustalar İlqar Bacarani, Orxan Abdulov iştirak edirlər.
Rauf Məmədov hələlik 4 oyundan 4 xal toplayaraq liderlik edir. Qədir Hüseynov 3.5 xal, Vasif Durarbəyli 2.5 xal topıayıb, İlqar Bacarani isə hələki aktivinə xal yaza bilməyib.
Qeyd edək ki, turnirdə ilk 30 yeri tutan şahmatçılar finala vəsiqə qazanacaqlar. Finalda 30 nəfərə dünyanın 8 güclü şahmatçıları, o cümlədən həmyerlimiz Şəhriyar Məmmədyarov da qoşulacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31