Ançelotti İbrahimoviçi müdafiə etdi

Fransa "PSJ"-sinin baş məşqçisi Karlo Ançelotti, dünən axşam UEFA Çempionlar Liqası çərçivəsində səfərdə "Valensiya" ilə keçirilən qarşılaşma zamanı Zlatan İbrahimoviçin qırmızı vərəqə alaraq meydandan qovulmasına münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, təcrübəli italyan futbol mütəxəssisi hesab edir ki, isveçli futbolçuya qarşı hakim tərəfindən haqsızlıq qeydə alınıb: "Zlatan İbrahimoviçə qırmızı vərəqə verilməsi haqsızlıq idi. Üstəlik qeydə alınmayan bir qolumuz da var" - deyə o, hakimin qərarına etiraz edib. Ançelotti oyunun son dəqiqələrində qol buraxmalarından təəssüfləndiyini ifadə etsə də, komandasının ümümi olaraq yaxşı oyun sərgilədiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31