Andres İnyesta: "Qvardiolanı "Bavariya"da uğur gözləyir"
13 Fevral 2013 19:18 İdman"Barselona"nın müdafiəçisi Andres İnyesta Xosep Qvardiolanın "Bavariya"ya baş məşqçi getməsi haqda danışıb. "Mən Pepə görə çox xoşbəxtəm. O, həm özü, həm də klub bilməlidir ki əsl məşqçi necə olmalıdır. Mənim fikrimcə, o çalışacaq ki, oyunçulara nəyə qadir olduğunu göstərsin. "Bavariya"nın oyun üslubu "Barselona"nın oyun üslubu kimidir. Pep həmişə oyuna görə özünü qurban verir. O, həm oyun zamanı, həm də oyundan kənarda oyunçularla çox yaxındı. Məncə, "Bavariya" Pepə öyrəşəcək. Şübhəsiz, Qvardiolanı çox böyük uğurlar gözləyir", - İnyesta bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31