Joze Mourinyo: "Biz Ferqüssonla karyeramızı eyni vaxtda bitirəcəyik, o, 90-da, mən isə 70-də"
13 Fevral 2013 19:03 İdmanMilli.Az sports-a isitinadən xəbər verir ki, "Real" klubunun baş məşqçisi Joze Mourinyo deyib ki, "Qalaktikos"dan sonra ingilis klubuna keçəcək. O, növbəti klubunun "MY" olacağına şübhə ilə yanaşdığını deyib.
"Mənim "Real"dan sonrakı növbəti addımım APL-di". "Bəs "Mancester Yunayted?" sualını məşqçi "Mən buna inanmıram. Biz Ferqüssonla karyeramızı eyni vaxtda bitirəcəyik: o, 90-da, mən isə 70 yaşımda" cavablandırıb.
İspaniya qəzetinin Runini "xallı şeytan" və "dələduz" adlandırmasına da münasibət bildirən Moutinyo "Mən bu haqda heç nə oxumamışam, amma Runnini inandırım ki, məni hər həftə bundan da betər adlandırırlar" deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31