AFFA klubları və futbolçuları cəzalandırdı

"Simurq" klubunun iddiaları əsassız hesab olunub

AFFA İntizam Komitəsinin növbəti iclasını keçirərək bəzi klubları və futbolçuları cəzalandırıb. ANS PRESS-in AFFA-ya istinadən verdiyi xəbərə görə, iclasda qəbul edilən qərarlara əsasən, fevralın 9-da Premyer Liqanın XIX turunun "Rəvan" - "Turan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
XIX turun AZAL - "Simurq" matçının 62-ci dəqiqəsində "Simurq" klubunun 3 №-li futbolçusu Rasim Ramaldanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Premyer Liqanın XIX turunun "Qəbələ" - "Qarabağ" matçının 30 və 54-cü dəqiqələrində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.
Fevralın 10-da XIX turun "Bakı" - "Sumqayıt" oyununun 59-cu dəqiqəsində "Bakı" klubunun 5 №-li futbolçusu Aqil Nəbiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
XIX turun "Xəzər Lənkəran" - "İnter" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

09 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun "Qəbələ" - "Qarabağ" oyunun 90+2-ci dəqiqəsində "Qarabağ" klubunun 9 №-li futbolçusu Osman Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

"Simurq" klubu Premyer Liqanın 20 dekabr 2012-ci il tarixində keçirilmiş "Simurq" - "Rəvan" matçında klubun futbolçularına göstərilmiş sarı vərəqələrin ləğv edilməsi ilə bağlı İntizam Komitəsinə müraciət edib. Lakin İntizam Kodeksinə uyğun olaraq, "Simurq" klubunun bu müraciəti əsassız hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31