Kaxaber Tsxadadze: "Bu, əhəmiyyətsiz oldu”

"Lənkəranda oynamaq həmişə xoşdur. Stadiona toplaşan çoxsaylı azarkeşlər oyuna yaraşıq qatırlar". Siasport.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XIX turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "İnter" (2:3) matçından sonra paytaxt təmsilçisinin baş məşqçisi Kaxaber Tsxadadze deyib. Mütəxəssis rəqibin boşluqlarından istifadə etdiklərini vurğulayıb: "Oyuna yaxşı başladıq, ilk qolu asanlıqla vurduq. Əks-hücumlarda çox oynadıq, rəqibin boşluqlarından istifadə etdik. Hesabda irəli olduqdan sonra "Xəzər Lənkəran" uzun ötürmələrlə oynamağa başladı, lakin, bu, əhəmiyyətsiz oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31