Qadın güləşçilər Bolqarıstanda ilin ilk sınağına çıxacaq
12 Fevral 2013 10:34 İdman15-17 fevral 2013-cü il tarixdə Bolqarıstanın Plovdiv şəhərində Dan Kolov və Nikola Petrovun xatirəsinə 51-ci beynəlxalq turnir keçiriləcək. Sərbəst, yunan-Roma və qadın güləşi üzrə keçiriləcək yarışlarda ölkəmizi yalnız qadın güləşçilər təmsil edəcək.
Baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığma komandanın 10 üzvü turnirdə iştirak edəcək. Heyətdə Patimat Baqomedova, Şəfəq Muradzadə (hər ikisi 48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Alyona Kolesnik, İrina Netreba (hər ikisi 59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq), Dina İvanova və Səbirə Əliyeva (hər ikisi 72 kq) yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ölkəmizi təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31