Devid Bekhem "Valensiya"ya qarşı oynamayacaq?
11 Fevral 2013 18:37 İdman"PSJ"nin yarımmüdafiəçisi Devid Bekhem öz komandasının heyətində Çempionlar Liqasının 1/8 mərhələsində "Valensiya"ya qarşı keçiriləcək ilk oyuna çıxmaya bilər. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, futbolçu həyat yoldaşı ilə birlikdə moda nümayişindən qayıdandan sonra Nyu-Yorkda ləngiyib.
"Problem ondadır ki, Nyu-Yorkda qasırğa üzündən Devid Bekhem Parisə uça bilmir. Biz onu gözləyirik. Ola bilər ki, o, birbaşa Valensiyaya uçsun", - deyə klubun idman direktoru bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31