Kriştianu Ronaldu: "Mənim ən böyük arzum..."
11 Fevral 2013 13:42 İdman"Real" klubunun hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqası barədə fikirlərini bildirib. Milli.Az Sports-a istinadən bildirir ki, o deyib:
"Çempionlar Liqası bir neçə səbəbə görə "Real" üçün vacibdir. Klub bu mükafatı 10-cu dəfə qazana bilər və bu, "Real" üçün böyük bir nailiyyət olacaq.
Hal-hazırda mənim ən böyük arzum bu Çempionlar Liqasını "Real"la birlikdə qazanmaqdır".
Nəzərinizə çatdıraq ki, 1/8 finalda "Real"ın rəqibi "Mancester Yunayted"dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31