Joze Mourinyo: "Bütün dünya səbirsizliklə məhz bu oyunu gözləyir"
11 Fevral 2013 13:34 İdman"Real"ın baş məşqçisi Joze Mourinyo bu həftə Çempionar Liqasının 1/8 finalında "Mançester Yunayted"ə qarşı fevralın 13-də keçiriləcək oyunla bağlı fikirlərini açıqlayıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Mourinyo "Arsenal" - "Bavariya", "Milan" - "Barselona" cütlüyünü bir kənara qoyaraq bütün diqqətlərin məhz "MY" - "Real" oyununa yönələcəyini deyib: "Bütün dünya digər qarşılaşmaları yox, məhz bu matçı gözləyir. Biz də bu gözləntilərə layiq oyun nümayiş etdirmək istəyirik".
Mourinyo "MY"nin baş məşqçisi Aleks Fergüson haqda da fikirlərini açıqlayıb. Aralarında xoş münasibət olduğunu deyən portuqaliyalı mütəxəssis Fergüsonu dünya futbolunun önəmli simalarından adlandırıb:
"Hər şeydən əvvəl o, çox yaxşı bir insandır. "Porto", "Çelsi", "İnter"də çalışanda Aleks Fergüsonla qarşılaşmaq şansım olmuşdu. İkimiz də qarşıdakı oyunda qalib gəlmək istəyirik. Amma uduzan tərəf bir az da olsa, məmnun qalacaq. Çünki aramızdakı dostluq davam edir".