Milli döyüş növü üzrə respublika turniri keçiriləcək

Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi tərəfindən fevralın 17-də  Sumqayıt şəhəri Paralimpia idman kompleksində "Sağlam gəncliklə xoşbəxt gələcəyə doğru" devizi altında sayokan milli  döyüş sənəti üzrə respublika turniri keçiriləcək. Mərkəzdən "OLAYLAR"-a verilən məlumata görə, turnirdə  Bakının  Suraxanı, Sabunçu, Nərimanov, Binəqədi, Yasamal rayonları, Sumqayıt, Şəki, Qazax, Neftçala, Tərtər, Mingəçevir, Bərdə, Xaçmaz, Beyləqan, Qubadlı, Şuşa, Agcəbədi, Fizuli, Ağdam, Yevlax komandaları  iştirak edəcək. İştirakçılar Sayokan döyüş sənətinin Alaqan və Baturalp  döyüş sistemlərində mübarizə aparacaq. Bütun komandalar istənilən say tərkibdə təmsil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31