"Kəpəz" qış fasiləsində baxışa dəvət etdiyi daha iki legioner futbolçu ilə müqavilə bağlayıb. Siasport.az saytının məlumatına görə, baş məşqçi Mahmud Qurbanov Alan Soltanov və Vladislav Serebryakovun oyununu bəyənərək, onları komandada saxlayıb. Soltanov müdafiə xəttində çıxış edir. Serebryakov isə hücumçudur. Futbolçularla mövsümün sonuna kimi razılıq əldə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31