"The Guardian": "Qalatasaray" "Şalke"ni keçəcək!
8 Fevral 2013 18:55 İdmanİngiltərənin nüfuzlu "The Quardian" qəzeti, UEFA Çempionlar Liqasında mübarizə aparan İstanbulun "Qalatasaray" futbol klubunun Almaniyanın "Şalke" komandasını mübarizədən kənarlaşdıracağı qənaətindədir. Siasport.az saytı xəbər verir ki, nüfuzlu ingilis qəzetinin qənaəti ondan ibarətdir ki, son həftələr Bundesliqada ard-arda gələn məğlubiyyətlər, ulduz futbolçuların bir-bir zədələnərək sıradan çıxması və komanda daxilindəki gərgin atmosfera "Şalke"nin, Sneyder və Droqba ilə heyətini gücləndirən "Qalatasaray" qarşısında aciz durumda olacağının göstəricisidir. Qəzet iddia edir ki, klub rəhbərliyi ilə futbolçular arasındakı münasibətlər də əlavə problem və psixoloji gərginlik üçün əsas faktordur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31