"Real"da yeni transfer?

Madridin "Real" klubu Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Andrey Yarmolenkoyla maraqlanır. Deyilənlərə görə, "Real"ın baş məşqçisi Joze Maurinyonun köməkçiləri Aytor Karanka və Ruy Faria Yarmolenkonun oyununu Ukrayna-Norveç matçında izləyiblər.
23 yaşlı Yarmolenko 2007-ci ildən "Dinamo"da oynayır və bu müddət ərzində 164 oyunda 49 qol vurub. Onun "Dinamo"yla müqaviləsi 2015-ci ilin yayınadəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31