Messi 12 milyon avrodan imtina etmir
7 Fevral 2013 18:59 İdmanLionel Messi bu gün İspaniyanın "Barselona" komandası ilə yeni saziş imzalayacaq.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, argentinalı futbolçu ildə 12 milyon avro qazanacaq.
Nəticələrdən asılı olaraq, bu məbləğ hər il daha 4 milyon avro artırıla bilər. Bundan başqa, müqaviləyə əsasən, Messinin əldə etdiyi hər bir "Qızıl top"a görə 1 milyon avro bonus nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31