"Nyukasl" Endryu Kerollu geri qaytarmaq niyyətindədir
7 Fevral 2013 13:03 İdman"Nyukasl"ın sabiq hücumçusu Endryu Kerollanı "Liverpul"dan geri almaq istəyir.
Qeyd edək ki, futbolçu 2006 - 2011-ci illərdə "Nyukasl"da çıxış edib.
"Liverpul"un da 24 yaşlı forvardı buraxmaq fikirində olduğu vurğulanır. Amma əvəzində "Nyukasl"ın yarımmüdafiəçisini Xate Ben Arfanı istəyir.
Hal-hazırda Keroll "Vest Xem" klubunun icarəsindədi. O, İngiltərə çempionatının 14 oyununda 2 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31