"Qəbələ"yə 45 minlik transfer

"Qəbələ" artıq sonuncu transferini reallaşdırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, Antalya toplanışı zamanı müdafiənin sağında özünü yaxşı tərəfdən göstərən 29 yaşlı serbiyalı futbolçu Nikola Valentiç "Qarabağ"la oyuna kimi "Qəbələ"nin futbolçusu olacaq.
Belə ki, artıq "qırmızı-qaralar" oyunçunun məxsus olduğu "Yaqodina" klubu ilə də hərtərəfli razılığa gəliblər. "Qəbələ" Yaqodina şəhərinin eyniadlı təmsilçisinə 45 min dollar ödəməklə futbolçunun keçidini həll edib.
Qeyd edək ki, OFK-nın yetirməsi olan Valentiç ölkəsində "Yaqodina"dan başqa "Vojdovats"da da çıxış edib. Onun legioner karyerası isə İsrailin "Bney Saxnin", Rusiyanın "Anji", "Alaniya" və "Sibir" klubları ilə bağlıdır. Yayda "Yaqodina"ya keçən Nikola cari mövsümün ilk 6 ayı ərzində 9 matça çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31