Benzema azarkeşlərdən üzr istədi
6 Fevral 2013 13:02 İdmanMilli.Az Sports-a istinadən xəbər verir ki, "Real" klubunun hücumçusu Kərim Benzema "Qranada"ya uduzduqlarına görə azerkeşlərin qarşısında üzr istəyib və deyib ki, komandası Çempionlar Liqasını qazanmağa çalışacaq.
"Bizə dəstək olanlardan üzr istəyirəm. Biz bu oyunumuzla hamını məyus etdik. Bundan daha yaxşı oyun göstərə bilərik. Komanda bilir ki, çempionatda qalib gəlmək çox çətin olacaq, amma biz əlimizdən gələni edəcəyik ki, buna nail olaq.
"Real" çalışacaq ki, Çempionlar Liqasında qalib olsun. Klub bu nəticəni əldə etmək üçün bir olmalıdır. Biz bu mövsümdə tutulları qazanmalıyıq və bunu edə bilərik", - Benzema bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31