Erik Abidal yenidən yaşıl meydanda

Sportliqa.Az xəbər verir ki, "Barselona"nın ağır qaraciyər əməliyyatı keçirən və uzun müddətdir futboldan uzaq qalan fransız müdafiəçisi Erik Abidal yaşıl meydanlara qayıdır.
Əməliyyatla qaraciyəri dəyişdirilən futbolçu bir neçə ay idi ki, həkim nəzarətində idi. Son məlumatlara görə, artıq səhhəti getdikcə düzələn Abidal dünən məşqlərə start verib.
Əvvəlki performansını göstərə bilməsi üçün ciddi məşqlər etməli olan Abidalın yaxın vaxtlarda "Barsa"nın heyətində oyunlara çıxacağı gözlənilir.

Məlumat üçün bildirək ki, 34 yaşlı müdafiəçi sonuncu dəfə 1 il öncə "Barselona"nın formasını geyinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31