Ronaldinyo: "Neymar Messini 2-3 ilə geridə qoyacaq"
5 Fevral 2013 18:38 İdmanSportliqa.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən Ronaldinyo Messinin, hələ ki, ən yaxşı olduğunu, ancaq Neymarın 2-3 il sonra onu geridə qoyacağını bildirib. Özü haqqında da maraqlı məlumatlar verən Ronaldinyo bu günə qədər çalışdığı ən yaxşı məşqçinin Skolari olduğunu söyləyib.
Karyerası ərzində isə ən yaxşı qolunu "Vilyareal"a vurduğunu söyləyən ulduz futbolçu özü üçün ən çətin rəqiblərin İngiltərəli Con Terri və italiyalı Paola Maldini olduğunu bildirib.
İngiltərə futbolu haqqında isə bildirib ki, ingilis futbolçulardan Eşli Koul, Frenk Lampard, Ueyn Runi və Poul Skoulzu çox bəyənir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31