Hokkeyçinin zərbəsi hakimi nokauta göndərdi VIDEO

Zərbədən yıxılan hakim bir müddət yerindən dura bilməyib

Hokkeyçi şayba zərbəsi ilə hakimi nokauta göndərib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ənənəvi NHL çempionatında "Kolorado" və "Dallas" klubları arasında keçirilən oyunda (2:3) qonaqların müdafiəçisi Ceymi Oleksyak şaybanın istiqamətini hakim Kris Runiyə tərəf dəyişib.
Oleksyakın ötürməsindən sonra şayba "Kolorado"nun oyunçusundan sıçrayaraq Runiyə dəyib. Zərbənin təsirindən hakim yıxılaraq bir neçə dəqiqə qalxa bilməyib.
Kris Runi bir müddətdən sonra ayağa qalxsa da, işini davam etdirə bilməyib. Onun oyundan sonrakı vəziyyəti haqqında məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31