İbra "Yuventus"a keçir?
5 Fevral 2013 13:22 İdmanSportliqa.Az xəbər verir ki, PSJ-nin isveçli ulduzu Zlatan İbrahimoviç gələcəyi haqda bəzi açıqlamalar verib. Jurnalistlər ulduz futbolçunun menecerinə: "İbra "Yuventus"a transfer oluna bilərmi?" - sualını yönləndiriblər və menecer də hər şeyin ola biləcəyini söyləyib. İbrahimoviç də verdiyi açıqlamada PSJ-nin onun son iş yeri olmadığını söyləyib. İtaliya çempionatını daim izlədiyini deyən İbra İtaliyanın özü üçün 2-ci ölkə olduğunu vurğulayıb.
Bu açıqlamalar "Yuventus"lu azarkeşləri olduqca həyəcanlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31