Sərbəst güləşçilərimiz Türkiyəyə gedir
5 Fevral 2013 11:42 İdmanFevralın 9-10-da Türkiyənin Ankara şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 41-ci beynəlxalq turnir keçiriləcək. Azərbaycan Güləş Federasiyasından "OLAYLAR"-a daxil olan məlumata görə, sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov və məşqçi Elman Əsgərovun rəhbərliyi altında turnirdə öz qüvvələrini sınayacaqlar Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakim Sədi Quliyev ölkəmizi təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31