Avropada 380 danışılmış oyun aşkarlanıb

Avropol 18 aylıq araşdırmanın nəticələrini açıqlayıb

Avropada danışılmış futbol oyunları üzə çıxıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avropanın polis agentliyi (Avropol) futbolda 380 danışılmış oyun aşkarlayıb. Çempionlar Liqası, dünya və Avropa çempionatlarının seçmə mərhələsindəki oyunlardan da bura daxil olanlar var.
Avropolun Haaqada yerləşən baş qərərgahında keçirilən mətbuat konfransında 18 aylıq araşdırmanın nəticələri haqqında məlumat verilib.
Sövdələşmədə 225 hakim, 15 ölkədən, o cümlədən Asiyadan futbol klublarının rəhbərliyi və oyunçuları iştirak edib. Cinayətkar dəstələr bu sövdələşmələrdən ümumilikdə 8 milyon avro qazanıblar. Ən böyük qazanc isə 140 min avro olub. Artıq 50 cinayətkar bu məsələ ilə bağlı həbs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31