Məhəmməd Əlinin xəstəliyi yalan çıxdı VIDEO

Mətbuat katibi əfsanəvi boksçunun özünü yaxşı hiss etdiyini deyib

Əfsanəvi boksçu Məhəmməd Əlinin ağır xəstələndiyi barədə yayılan informasiya təkzib edilib. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, boksçunun mətbuat katibi Bob Qannell müsahibəsində həmin informasiyanı təkzib edərək bildirib ki, boksçu haqqında yayılan bu informasiya yalandır. O, Məhəmməd Əli özünü çox yaxşı hiss etdiyini deyib.
Qeyd eədk ki, bir sıra mətbu orqanlar idmançının qardaşına istinadən 1984-cü ildən "Parkinson" xəstəliyiundən əziyyət çəkən 71 yaşlı boksçunun ağır vəziyyətdə olduğunu yazmışdı. Yazılanlara görə, boksçunun ölümünə artıq bir neçə gün qalıb.
Əsl adı Kassius Marselius Kley olan boksçu 1942-ci ildə ABŞ-da anadan olub. 1960-cı ildə Olimpiya çempionu olan boksçu ağır çəkidə professional boks üzrə 3 qat dünya çempionudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31