Mourinyo "Çelsi"yə qayıdır

İspaniyanın "Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyonun yenidən "Çelsi"də işləmək istədiyi iddia olunur. Milli.Az Eurosport-a istinadən bildirir ki, "zadəgan"lar ilə portuqal çalışdırıcı arasında indi kuluar danışıqların aparıldığı deyilir. "Çelsi"nin sahibi Abramoviç də Mourinyonun "Stemford Bric"ə qayıtmasını istəyir.
Mourinyo 2007-ci ildə "Çelsi"ni klubun sahibi Roman Abramoviçlə kəskin mübahisədən sonra tərk edib. Joze Britaniyadan gedəndən sonra əvvəlcə Milanın "İnter"inə böyük uğurlar qazandırıb, sonra da "Real"da çalışıb. Fəqət "Çelsi"də Rafael Benitesin uğursuzluğu və "Real"ın da İspaniya primerasında "Barselona"nın öhdəsindən gələ bilməməsi yeni situasiya yaradıb. The Daily Mail yazır ki, Mourinyo yayda "Çelsi"yə qayıda bilər. Daily Telegraph isə bildirir ki, əgər "Çelsi" Premyer Liqanın növbəti turunda "Uiqan"ı məğlub edə bilməsə, klub baş məşqçi Rafael Beniteslə vidalaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31