Futbolçular Azərbaycanla qiyabi tanış oldular

Cari ilin 30 yanvar -3 fevral tarixlərində İspaniyanın Madrid şəhərində keçirilən "FİTUR 2013" Beynəlxalq Turizm Sərgisi zamanı "Bakı Futbol Klubu" ilə əməkdaşlıq çərçivəsində "Atletico Madrid" futbol klubunun rəhbərliyi, baş məşqçisi və futbolçuları Azərbaycan stendini ziyarət edib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə ziyarət zamanı futbolçular sərgi iştirakçıları və ziyarətçilər üçün poster və futbol maykaları üzərində imza atıb şəkil çəkdiriblər. 
Tədbir İspaniyanın məşhur "As", "Marca", "Deportivo El Mundo" nəşrləri, həmçinin "TV5", "TV de Madrid" televiziya kanalları və digər 20-yə yaxın mətbuat orqanı vasitəsilə yayımlanmışdır. Azərbaycanın turizm potensialının təbliğ olunması üçün gələcəkdə də belə reklam kompaniyalarının keçirilməsi nəzərdə tutulur. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31