Joze Mourinyonun Fatih Terimə və Türkiyəyə böyük simpatiyası var..

"Real"ın baş məşqçisi Joze Mourinyonun "Qalatasaray"a olan simpatiyasının əsl sirri açılıb. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı mütəxəssisin Uesli Sneyder və Didye Droqba transferlərində "Qalatasaray"ın xeyrinə addımlar atması, hər iki ulduz futbolçuya İstanbul klubunu tövsiyyə etməsi, sən demə Fatih Terimə və Türkiyəyə olan sayğısı ilə bağlıdır.Türkiyə mətbuatı yazır ki, J.Mourinyo F.Terimin olduqca bacarıqlı məşqçi olduğunu, Türkiyənin isə əsl futbol ölkəsi olduğunu deyərək, hər iki futbolçunu "Qalatasaray"a getməyə razı salıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31