Əmrə Belözoğlu: ""Fənərbaxça" mənim doğma evimdir"

Madrid "Atletiko"sundan köhnə komandası olan "Fənərbaxça"ya geri dönən Əmrə Belözoğlu, bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, təcrübəli forvard yenidən "Fənərbaxça"da olmaqdan məmnun olduğunu deyərək, bu klubun onun üçün doğma evinin olduğunu bildirib: "Yenidən "Fənərbaxça"ya qayıtmağımdan məmnunam. "Atletiko"da keçirdiyim günlər mənim üçün böyük təcrübə oldu. Orada Falkao, Diyeqo Semyone kimi insanlarla ünsiyyət mənim üçün bambaşqa hissdir. Əminəm ki, "Fənərbaxça"da yenidən böyük uğurlar qazanacam"-deyə Ə.Belözoğlu fikrini tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31