"Anji"dən 35 milyon avroluq transfer
Klub “Şaxtyor” klubunun yarımmüdafiəçisi Villianı öz heyətinə qatıb
1 Fevral 2013 15:08 İdmanRusiyanın "Anji" klubu Ukraynanın "Şaxtyor" klubunun yarımmüdafiəçisi Villianı transfer edib. ANS PRESS-in "Sport-Ekspress"ə istinadən verdiyi xəbərə görə, 24 yaşlı yarımmüdafiəçi fevralın 1-də tibbi müayinədən keçdikdən sonra Mahaçqala təmsilçisi ilə 4 illik müqavilə bağlayacaq.
Braziliya yığmasında iki oyun keçirən bu futbolçuya görə "Anji" 35 milyon avro ödəyib. Bu transfer Rusiya çempionatı tarixində 3-cü bahalı köçürmədir. İlk 2 pillə isə Peterburqun "Zenit" komandasından Halka (60 milyon avro) və Aksel Vitselə (40 milyon avro) məxsusdur.
Qeyd edək ki, Villian "Şaxtyor"a 2007-ci ildə Braziliya "Korintians"ından keçib. "Şaxtyor" komandasının heyətində 4 dəfə Ukrayna çempionluğu, 3 dəfə ölkə kubokunu və 2009-cu ildə isə UEFA Kubokunu qazanıb.