Messidən şok sözlər...

"Kəs səsini, sən Mourinyonun kuklasısan"

"Barselona" klubunun forvardı Lionel Messi İspaniya Kral Kubokunun "Real" Madridə qarşı 1/2 final oyunundan (1:1) sonra "Kral" klubunun müdafiəçisi Alvaro Arbeloanı və məşqçi Aytora Karankunu təhqir edib.
Milli.Az Sports-a istinadən xəbər verir ki, argentinalı "Santyaqo Bernabeu" stadionunun yanındakı avtodayanacaqda Arbeloa ilə süpürləşib və ona axmaq deyib. Üstəlik, bu zaman Arbeloanın arvadı da orada imiş. Bu məlumatı Punto Pelota yayıb.
La Sexta TV kanalı və radiostansiya La COPE isə bildiriblər ki, Lionel Messi Joze Mourinyonun köməkçisi ilə tribunanın aşağı alt hissəsində konfliktə girib: "Kəs səsini, sən sadəcə Mourinyonun kuklasısan", - o qışqıraraq deyib. İnsident oyun bitəndən sonra baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31